AZ

Bolqarıstan Qara dənizin müdafiəsi üçün 620 milyon dollarlıq raket sistemi alacaq

Bolqarıstan Qara dəniz sahillərinin müdafiəsini gücləndirmək məqsədilə ABŞ istehsalı olan sahil müdafiə raket sistemləri almağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, sövdələşmənin ümumi dəyəri təxminən 620 milyon dollar təşkil edir.

Məlumata görə, söhbət “Naval Strike Missile” sahil müdafiə sistemindən gedir. Bu yüksəkdəqiqlikli raketlər dənizdəki müxtəlif hədəfləri – kiçik gəmilərdən tutmuş iri hərbi freqat və esmineslərə qədər – uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulub.

Silah paketinə raketlər, mobil buraxılış qurğuları, idarəetmə və rabitə sistemləri, təlim avadanlığı, ehtiyat hissələri və texniki xidmət də daxildir. Yeni kompleksin Bolqarıstanın Qara dəniz sahillərinin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı bildirilir. Bu addım NATO-nun şərq cinahının gücləndirilməsi siyasəti çərçivəsində atılır. Qara dəniz regionunda təhlükəsizlik mühitinin dəyişməsi fonunda alyans üzvü olan ölkələr müdafiə imkanlarını artırmağa çalışırlar.

Qeyd olunur ki, yeni raket sistemi Bolqarıstanın sovet dövründən qalan köhnə sahil müdafiə komplekslərini mərhələli şəkildə əvəz etməli və ölkənin dəniz təhlükəsizliyini gücləndirməlidir.

Seçilən
32
1
ikisahil.az

4Mənbələr