“Barselona”nın sabiq prezidenti Xuan Laporta növbəti dəfə Lionel Messinin klubdan ayrılması barədə danışıb.
Bundan əvvəl kataloniyalıların sabiq baş məşqçisi Xavi Hernandes bildirmişdi ki, argentinalı oyunçu 2023-cü ildə geri qayıtmağa hazır imiş:
“Hər şey hazır idi, o qayıtmaq istəyirdi, La Liqadan icazəmiz var idi. Amma Laporta bunu dayandırdı”.
Sportinfo.az “SER Catalunya”-ya istinadən xəbər verir ki, Laporta açıqlamasında buna cavab olaraq, həmin vaxt Messi ilə nə etmək istədiklərini deyib:
“Biz artıq danışmışdıq ki, Messi ilə nə etməliyik. Onun heykəlini Yohan Kroyffun heykəlinin yanında qoymalı və bütün “Camp Nou” stadionunu dolduracaq böyük bir təntənə təşkil etməli idik.
Düşünürəm ki, bu, tarixin ən yaxşı oyunçusu üçün ədalətli qərardır. 2021-ci ildə Messi ilə müqavilənin müddətini uzatmadıq, çünki maaş cədvəli nəzarətdən çıxmışdı və böyük borc altında bu daha da artacaqdı.
Bu, sadəcə mümkün deyildi. Niyyətimiz müqavilənin müddətini uzatmaq idi. Kreativ həll yolları axtarırdıq, amma Xavyer Tebas (La Liqanın prezidenti) İspaniya liqasında tarixdəki ən yaxşı oyunçunun qalmasına qarşı çıxdı”.
Messi “İnter Mayami”yə 2023-cü ilin yayında, PSJ-dən azad agent kimi keçib.