AZ

Son dəqiqə: Floridada ABŞ-Rusiya danışıqları

Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev hazırda Floridadadır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparır.

Bildirildiyinə görə, görüş iqtisadiyyat üzrə Rusiya-Amerika işçi qrupunun apardığı danışıqlarının bir hissəsidir.

Rusiya ilə ABŞ arasında iqtisadi məsələlərin müzakirəsinin Tramp və Putin arasındakı telefon danışığından, Hindistana Rusiyadan daha bir ay neft alışına razılıq verilməsindən sonraya təsadüf etməsi diqqət çəkir. İstisna deyil ki, Moskva və Vaçinqton arasında İran müharibəsi üzərində hansısa anlaşmalar əldə oluna bilər.

Əlavə edək ki, Kirill Dmitriyev fevralın sonlarında Cenevrədə ABŞ tərəfi ilə danışıqlarda iştirak etmişdi.

Musavat.com

 

Seçilən
60
musavat.com

1Mənbələr