Yaxın Şərqdəki mövcud vəziyyət planları dəyişməyə vadar edir. İspaniya və Argentina yığmaları arasında keçiriləcək Finalissima matçının məkanı dəyişdiriləcək.
"Football-plus.az" xəbər verir ki, regiondakı hərbi əməliyyatlar səbəbindən hər iki komandanın heyətini və azarkeşləri riskə atmamaq üçün oyunun Qətərdə keçirilməsi planı təxirə salınıb.
Qeyd edək ki, tezliklə UEFA, KONMEBOL və Qətər rəsmilərinin oyunun yeni məkanı ilə bağlı yekun qərar verəcəyi gözlənilir. Hazırda təşkilatçılıq üçün London, Roma və Milan şəhərləri əsas namizədlər hesab olunur, həmçinin matçın Mərakeşdə keçirilməsi variantı da nəzərdən keçirilir.
Xatırladaq ki, Argentina Amerika Kubokunun, İspaniya isə Avropa çempionatının sonuncu qalibidi.
Bu da var ki, bir neçə gün əvvəl başlayan və Qətərə də təsir edən hərbi əməliyyatlara baxmayaraq rəsmi Doha turnirdən imtina etmək niyyətində deyil. Jurnalist Qaston Edulun məlumatına görə, Qətər tərəfi artıq imzalanmış kommersiya müqavilələrinə görə bu mötəbər oyuna ev sahibliyi etmək hüququnu itirmək istəmir. UEFA isə oyunun başqa ölkəyə keçirilməsi məsələsinin hələlik gündəmdə olmadığını bildirsə də, təhlükəsizlik amilinin prioritet olaraq qaldığını vurğulayıb.
Son günlər qurumla qətərli təşkilatçılar arasında intensiv məsləhətləşmələr aparılır. Regionda davam edən hərbi əməliyyatlar matçın təhlükəsiz şəraitdə keçirilməsi ehtimalını böyük sual altında qoyur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta