AZ

60 manata əl enerjisi ilə “müalicə” edir – Özbək “həkim” üçün izdiham+Video

Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntüləri “Qaynarinfo” yayıb.

Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib.

Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.

Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib. 

Seçilən
93
8
konkret.az

10Mənbələr