AZ

İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi "Just Go" mahnısı ictimaiyyətə təqdim olunub.

Qeyd olunub ki, son günlər sosial şəbəkələrdə Azərbaycan təmsilçisi, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat vermək zərurəti yaranıb:

"Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır".

Bildirilib ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə "Səs Azərbaycan" layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb.

Seçilən
58
publika.az

1Mənbələr