AZ

Makron: Hamımız eyni qlobal iqtisadi nəticələrlə üzləşirik

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan Yaxın Şərqdəki münaqişələr hər kəs üçün eyni qlobal iqtisadi nəticələrə səbəb olur.Turkustan.az xəbər verir ki, Makron, G7 ölkələri və hökumət liderlərinin qatıldığı Yaxın Şərqdəki münaqişələrin iqtisadi nəticələrinə dair video konfransın açılışında çıxış edib.İranın nüvə və ballistik raket proqramına son qoymaq üçün başladılan əməliyyatların 11-ci gününə qədəm qoyduğunu xatırladan Makron "Hamımız eyni qlobal iqtisadi nəticələrlə üzləşirik" dedi.Makron konfransda üç əsas məqama diqqət yetirəcəklərini, ilk növbədə davam edən hücumları və ərazidəki son vəziyyəti, eləcə də atılacaq addımları müzakirə edəcəklərini bildirib.Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
icma.az

2Mənbələr