AZ

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

Zrenyanin, 11 mart, AZƏRTAC

Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, 55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb.

Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.

Müxbir: Cavid Əliyev

Seçilən
96
4
azertag.az

5Mənbələr