AZ

Ürəyinə güllə dəyən qadın belə xilas olundu



Orskda ürəyində güllə olan qadın xilas edilib.


Medicina.az xəbər verir ki, Orsk şəhər xəstəxanasının cərrahları 8 mart ərəfəsində qəbul edilən qadının ürəyindən güllə çıxarıblar. Bu barədə xəstəxananın mətbuat xidməti məlumat verib.

Xəstə ürəyindən güllə yarası ilə Novosibirskaya küçəsindəki cərrahiyyə şöbəsinə yerləşdirilib. Təcili əməliyyat qərarı verilib; həkimlər gülləni çıxara, qan itkisini minimuma endirə və toxuma bütövlüyünü bərpa edə biliblər.

Əməliyyatdan sonra qadın reanimasiyaya köçürülüb. Qadının vəziyyəti stabildir. TASS-ın məlumatına görə, zərərçəkmiş mübahisə zamanı əri tərəfindən pnevmatik tüfənglə vurulub.

Hadisə zamanı o, sərxoş olub. Kişi saxlanılıb və Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.


Aygün Musayeva


Seçilən
54
1
medicina.az

2Mənbələr