Türkiyə təmsilçisi "Qalatasaray" Avropa arenalarında möhtəşəm çıxışını davam etdirərək İngiltərə nəhəngi "Liverpul"u tarixi uğursuzluğa düçar edib.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" mersisaydlıların tarixində bir avrokubok mövsümündə onlara iki səfər məğlubiyyəti yaşadan ilk komanda olub.
"Opta"nın statistik göstəricilərinə əsasən, İstanbul təmsilçisi bu nəticə ilə "Liverpul"un Avropa miqyaslı turnirlərdəki çoxillik rekordunu alt-üst edib. İngiltərə klubu ilk dəfədir ki, bir mövsüm ərzində eyni rəqibə qarşı keçirdiyi hər iki səfər matçında meydanı xalsız tərk edir.
Tarixi seriyanın nəticələri belədir:
• Sentyabr 2025: "Qalatasaray" 1-0 "Liverpul"
• Mart 2026: "Qalatasaray" 1-0"Liverpul"