AZ

OPEC 2026-2027-ci illərdə dünyada xam neft hasilatı barədə proqnozlarını açıqlayıb

Bakı. Trend:

2026-cı ildə dünyada neftə olan tələbat sutkada 106,53 milyonbarel olacaq.

Trend xəbərverir ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.

Məlumata görə, 2027-ci ildə dünya üzrə neft tələbatı davamlıartımını davam etdirərək, ortalama sutkada 107,87 milyon bareltəşkil edəcək ki, bu da 2026-cı illə müqayisədə sutkada 1,34 milyonbarel daha çoxdur.

Hesabatda qeyd olunur ki, 2027-ci ilin ilk rübündə sutkada106,89 milyon barel, ikinci rübündə 106,81 milyon barel, üçüncürübündə 108,46 milyon barel və dördüncü rübündə isə 109,29 milyonbarel neft istehlakı proqnozlaşdırılır.

Bundan əlavə, qeyd edək ki, 2026-cı ilin fevral ayındaAzərbaycan ərazisində xam neft istehsalı ortalama 458 min bareltəşkil edib.

Təşkilatın məlumatına əsasən, bu göstərici 2025-ci ilin dekabrayı ilə eyni səviyyədə qalsa da, cari ilin yanvar ayı iləmüqayisədə artaraq, o vaxt istehsal 457 min barel idi.

Bundan başqa, OPEC analitikləri qeyd edirlər ki, 2025-ci ildəölkənin orta illik neft hasilatı sutkada 461 min barel təşkil edib,bu isə 2024-cü ildəki sutkada 481 min barel göstəricisindənazdır.

Məqalədə:
Seçilən
78
az.trend.az

1Mənbələr