AZ

"BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm veririk" - Nazir

Yazını böyüt
Yazını kiçilt

Martın 11-də mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə martın 12-14-də ölkəmizdə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib.

Tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və cari ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər.

Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiyanın və mədəniyyətlərarası dialoqun rolunun artırılması, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Seçilən
58
9
hafta.az

10Mənbələr