AZ

İran Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək

İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.

Apasport.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın idman naziri Əhməd Donyamali deyib.

“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.

Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil. 

“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA

"Dortmund"un futbolçusu İspaniya klubunun hədəfində

Türk futbol tarixində ilk: SARA BRAZİLİYA MİLLİSİNDƏ

Rodriqo əməliyyat olundu

Arne Slot: "İstanbulda qulaqlarımı tıxamayacam"

Seçilən
114
29
apasport.az

10Mənbələr