Oxu.az saytına istinadən ain.az xəbər verir.
AFFA "Sabah" klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı şikayətini təmin etməyib.
Oxu.Az xəbər verir ki, bu qərar AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən qəbul olunub.
Belə ki, Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov - "Sabah" Futbol Klubu" işi çərçivəsində ötən ilin dekabrın 3-də çıxardığı 8604 saylı qərar heç bir dəyişikliyə məruz qalmadan qüvvədə saxlanılıb.
Xatırladaq ki, hələ ötən ilin sonlarında Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Y.İmanova 10 000 manat məbləğində vəsait ödəməsinə dair hökm çıxarmışdı. Qeyd edək ki, qapıçı hazırda karyerasını "Kəpəz" klubunda davam etdirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.