AZ

Paşinyan Qarabağı tərk edən ermənilərlə bağlı STRATEGİYASINI AÇIQLADI

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Ən vacib vəzifələrimizdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə olunmamasını və onlara yalançı ümid verilməməsini təmin etməkdir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

"Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını qəbul etməli və Ermənistanda daimi yaşamalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə qədər 4886 ailə bundan faydalanıb.

Sülhün möhkəmləndirilməsi ilə bağlı bu çətinliyin öhdəsindən gəlmək üçün beynəlxalq tərəfdaşlarımızın mümkün olan maksimum dəstəyinə ehtiyacımız var", - deyə baş nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
19
baku.ws

10Mənbələr