Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Almaniyanın Vorsburq şəhər məhkəməsi Rusiyaya lüks avtomobil təchiz edən dileri 6 il azadlıqdan məhrum edib. Onun arvadına isə 2 il şərti cəza verilib.
Avtosfer.az xəbər verir ki, bavariyalı dilerin müştəriləri arasında Rusiya Prezidentinin administrasiyası və Federal Təhlükəsizlik Xidməti də yer alır.
Məhkəmə ər-arvada əlavə olaraq 18,6 milyon avro cərimə də təyin edib.
Təhqiqat zamanı məlum olub ki, sanksiyalardan yayınmaqla 4 il ərzində Rusiyaya 20 milyon avroya 111 ədəd lüks avtomobil yola salınıb. Bunun üçün bir neçə MDB ölkəsində saxta şirkətlər qurulub.
40 milyon avroya daha 400 maşının yola salınmasına isə Almaniya kəşfiyyatı mane olub.
Vüqar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.