AZ

UEFA Maykl Olisenin sarı vərəqəni qəsdən alması ehtimalını araşdıra bilər

UEFA "Bavariya"nın futbolçusu Maykl Olisenin sarı vərəqə epizodunu araşdıra bilər.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, qurum fransalı vingerin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Atalanta"ya qarşı keçirdiyi görüşdə sarı vərəqəni qəsdən alması ehtimalını nəzərdən keçirir.

Bildirilir ki, futbolçu bunu vərəqələri 1/4 final mərhələsi ərəfəsində "təmizləmək" məqsədilə edib. Bu ehtimal təsdiqlənərsə, Olise əlavə cəza ilə üzləşə bilər.

Sözügedən görüşdə "Bavariya" səfərdə "Atalanta" üzərində 6:1 hesabı ilə qələbə qazanıb. Münhen təmsilçisinin vingeri Maykl Olise dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu 77-ci dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alıb və bu səbəbdən Almaniyada keçiriləcək cavab görüşünü diskvalifikasiya üzündən buraxacaq.

Seçilən
1
1
moderator.az

2Mənbələr