Televiziya cəmiyyətə ən tez çatan və əhali ilə birbaşa əlaqə yaradan əsas informasiya vasitələrindən biridir. Bu baxımdan efirdə yayımlanan proqramların məzmunu cəmiyyətin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamada bildirib ki, televiziya verilişləri müxtəlif mövzuları əhatə etməklə yanaşı, dövlətin prioritet istiqamətlərinə uyğun hazırlanmalıdır.
Onun sözlərinə görə, efirdə milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətin maarifləndirilməsi və vacib sosial mövzuların işıqlandırılması istiqamətində hazırlanan proqramlar daha çox yer tutmalıdır. Zülfiyyə Nuriyeva hesab edir ki, bu cür verilişlər həm cəmiyyətin inkişafına töhfə verər, həm də tamaşaçıların düzgün məlumatlandırılmasına xidmət edər.
Zəhra Ağayeva