Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə həbsdə sosial işçi Zamin Zəkinin sonuncu məhkəmə prosesi keçirilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.
Əvvəlki prosesdə dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.
Cinayət işində iddia olunur ki, Z.Zəki xarici təşkilatlardan aldığı qrant vəsaitlərini qanunvericilik üzrə qeydiyyatdan keçirməyib.
Sosial işçi isə özünü təqsirli bilmir və ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Z.Zəki 2025-ci ilin aprelində həbs olunub.
“QHT işi” üzrə həbslər isə 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay və “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.