ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə yol hərəkəti qaydaları ilə bağlı cərimələr, xüsusilə də bəzi yol nişanlarının olub-olmaması ilə əlaqədar müzakirələr geniş yayılıb. Müzakirə olunan məsələlərdən biri də 5.8.1 məlumatverici yol nişanı olmadan sürücülərə cərimə yazılmasının qanuni olub-olmamasıdır. Bu nişan adətən yolayrıcında zolaqlar üzrə icazə verilən hərəkət istiqamətlərini göstərir və sürücülərin hansı manevrləri edə biləcəyini müəyyən edir. Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu nişanlar zolaqlar üzrə hərəkəti tənzimləyir və sürücülərə sağa, sola və ya düz istiqamətdə hərəkət etmə qaydasını göstərir:"Burada bir məqam ondan ibarətdir ki, bu nişanlar istiqamətverici xarakter daşıyır. Bəzi hallarda sola dönməyə icazə verilən ərazilərdə geriyə dönmə də mümkündür. Qanunvericiliyə görə sola dönmə geriyə dönməni qadağan etmir və buna icazə verir. Lakin bəzi hallarda bu tip nişanlar və hərəkət trayektoriyası geriyə dönməyə icazə verməyə bilər. Məhz bu məsələ müəyyən anlaşılmazlıqlara səbəb ola bilər".O bildirib ki, bu nişanların müəyyən üstünlükləri də var:"Onlar hərəkət zolaqlarının ayrılmasında və hərəkətin nizamlanmasında mühüm rol oynayır. Xüsusilə işıqfor və ya yol polisi tərəfindən tənzimlənməyən, eləcə də işıqlandırılmayan ərazilərdə bu nişanlar hərəkətin təşkilində əsas vasitələrdən biri hesab olunur.Yəni əgər işıqfor varsa, əsas olan işıqforun siqnallarıdır. İşıqfor olmadıqda isə yol nişanları öz qüvvəsini saxlayır və sürücülər həmin nişanların tələblərinə uyğun hərəkət etməlidirlər".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.