AZ

Bazarda gizli qiymət oyunu İqtisadi domino effekti

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bu artım həm regionda baş verən iqtisadi proseslər, həm də ticarət və logistika sahəsindəki dəyişikliklərlə əlaqələndirilir. Xüsusilə valyuta məzənnələrindəki dəyişikliklər, nəqliyyat xərclərinin yüksəlməsi və tədarük prosesində yaranan çətinliklər qiymətlərə təsir göstərən əsas amillər sırasındadır.Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, İrandan idxal olunan məhsulların bahalaşması bir neçə iqtisadi amilin təsiri ilə bağlıdır:"Son dövrlərdə bu məhsulların qiymətində müşahidə edilən artım əsasən regiondakı iqtisadi proseslər, logistika xərcləri və ticarət şərtlərindəki dəyişikliklərlə, eyni zamanda daşınma zamanı yaranan fiziki çatdırılma çətinlikləri ilə əlaqədardır.İlk növbədə qeyd etmək lazımdır ki, valyuta amili və İran iqtisadiyyatında yüksək inflyasiya idxal məhsullarının qiymətinə birbaşa təsir göstərir. İran daxilində istehsal xərclərinin artması və milli valyutanın dəyərsizləşməsi ixrac olunan məhsulların qiymətinin də yüksəlməsinə səbəb olur. Bu isə Azərbaycana gətirilən malların maya dəyərini önəmli dərəcədə artırır".O bildirib ki, digər mühüm faktor logistika və nəqliyyat xərclərinin artmasıdır:"Son dövrlərdə yanacaq qiymətlərindəki dəyişikliklər, daşınma tariflərinin yüksəlməsi və sərhəd keçid məntəqələrində yük dövriyyəsinin artması logistika xərclərini artırır. Bu xərclər nəticə etibarilə məhsulun satış qiymətində də öz əksini tapır.Eyni zamanda ticarət dövriyyəsində təklif amili də mühüm rol oynayır. Müxtəlif iqtisadi və inzibati səbəblərdən bəzi məhsullar üzrə ixracın azalması və ya tədarükün ləngiməsi bazarda təklifin azalmasına səbəb olur. Təklif azaldıqda isə qiymətlərin artması iqtisadi baxımdan təbii proses hesab olunur".İqtisadçı deyib ki, gömrük prosedurları, rüsumlar, sertifikatlaşdırma və digər inzibati xərclər, eləcə də bürokratik amillər idxal məhsullarının son qiymətinə müəyyən təsir göstərir. "Bu faktorlar birbaşa əsas səbəb olmasa da, məhsulun ümumi maya dəyərinin formalaşmasında rol oynayır.İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində artım valyuta və inflyasiya təsirləri, logistika xərclərinin və risklərinin yüksəlməsi, həmçinin tədarük amillərinin birgə təsiri nəticəsində formalaşır. Bu kimi dəyişikliklər regiondakı iqtisadi proseslərdən asılı olaraq müəyyən dövrlərdə daha qabarıq şəkildə hiss olunur", - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
demokrat.az

1Mənbələr