AZ

Cərimələnən Rodri qonşularını bezdirib

Rodri son günlər medianın haqqında ən çox xəbər yaydığı futbolçulardan biridi. “Mançester Siti”nin yarımmüdafiəçisi cərimələnib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə premyer-liqasının 24-cü turunun “Tottenhem”lə oyunundan (2:2) sonra hakimi tənqid etdiyinə görə 80 min funt sterlinq (təxminən 92 min avro) məbləğində maliyyə sanksiyasına məruz qalıb.

Eyniadlı qurum onun diskvalifikasiyadan xilas olduğunu, lakin dinləmə prosesində təqsirini boynuna aldığını açıqlayıb.

Xatırladaq ki, Rodri həmin oyundan sonra verdiyi müsahibədə “biz həddindən artıq çox qalib gəlmişik və bəzi adamlar artıq bizim qələbəmizi istəmirlər. Amma hakim neytral olmalıdı. Düzünü desəm, bu, mənim üçün ədalətsizlikdi” demişdi. Bu fikirlər hakimin dürüstlüyünü şübhə altına aldığı üçün intizam araşdırmasına səbəb olmuşdu. Pul cəriməsi ilə yanaşı, ispaniyalı futbolçuya gələcəkdə bu cür davranışların yolverilməz olduğu barədə xəbərdarlıq edilib.

Rodri ilə bağlı digər cəlbedici xəbər də var. Mançester polisi onunla bağlı araşdırmaya başlayıb.

“The Sun” qəzetinin məlumatına görə, futbolçunun qonşuları hüquq-mühafizə orqanlarına müraciət edərək, onun onların şəxsi həyatına müdaxilə etdiyini bildiriblər. Belə ki, qonşular Rodrinin onların pəncərələrinə yaxın dronlar uçurduğunu iddia ediblər. İstintaq səbəbkarın evinin eyvanında dron idarəedicisi tutduğunu göstərən fotoşəkillərin ortaya çıxmasından sonra başlayıb.

Seçilən
55
1
football-plus.az

2Mənbələr