AZ

ABŞ da İrana qarşı yeni variant üzərində düşünürlər

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ və İsrailin İrana qarşı müharibəsi tam sürətlə davam edir. Artıq ABŞ-da İrana quru qoşunları yeritməyin tərəfdarları da peyda olublar.

Reyting.az-ın məlumatına görə, Ağ evdəki mənbələr bildiriblər ki, prezident Donald Trampın açıq şəkildə ifadə etdiyi sərt ritorikadan fərqli bir ssenari də müzakirə olunur.

Vaşinqtondakı mənbələrin sözlərinə görə, ABŞ hərbi ehtiyatlarının sürətlə tükənməsi və uzunmüddətli münaqişə ehtimalı prezidentin yaxın çevrəsindəki bəzi şəxsləri yeni bir “yol xəritəsi” axtarmağa sövq edib.

Ağ evə yaxın mənbələr bildirirlər ki, son günlərdə Trampın bəzi müşavirləri prezidentə müharibənin necə başa çatdırılacağı barədə “çıxış planı” hazırlamaq üçün təzyiq göstərməyə başlayıblar. Bu çağırışların arxasında artan qlobal neft qiymətlərinin yarada biləcəyi iqtisadi təzyiq və uzunmüddətli müharibənin Vaşinqtondakı siyasi tarazlığa potensial nəticələri dayanır.

Eyni mənbələrə görə, Trampın komandasının bəzi üzvləri ABŞ ordusunun artıq təyin olunmuş hərbi hədəflərinin əhəmiyyətli bir hissəsinə nail olduğunu iddia edirlər. Bu qiymətləndirməyə əsasən, əməliyyatın nəzarətli şəkildə başa çatması üçün əsas yaradıla biləcəyi fikri getdikcə daha ucadan səsləndirilir. Ancaq qəribədir ki, ABŞ-da bəzi şəxslər İrana ordu yeritmək kimi məsələləri də gündəmə gətirirlər. Trampın özü də heç nəyi istisna etmir.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
reyting.az

1Mənbələr