AZ

ABŞ-ın tələbi ilə AB və NATO ölkəsi İranla müharibəyə cəlb oluna bilər..?

...Yaxın Şərqdəki müharibə fonunda Amerika hərbi təyyarələrinin Rumıniyaya yerləşdirilməsi ölkəni münaqişəyə cəlb edə bilər.

Bu, İranın da reaksiyasına səbəb ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təqaüdçü komandir Sandu-Valentin Mateyu bunu Digi24-ə verdiyi müsahibədə bildirib.

Qoşunların yerləşdirilməsi iclasda müzakirə olunacaq...

...Deməli, Mateyunun sözlərinə görə, Amerika qoşunlarının yerləşdirilməsi məsələsi Rumıniya Milli Təhlükəsizlik Şurasının (CSAT) iclasında müzakirə olunacaq.

Bu, ölkələr arasında ikitərəfli müqavilələrə uyğun olaraq müttəfiqin hərbi imkanları yerləşdirmək istəyi ilə bağlıdır. Mateyu izah edib ki, nəzəri olaraq ABŞ tanker və ya döyüş təyyarələri Rumıniyada yerləşdirilə bilər.

Əgər belə təyyarələr İrana qarşı birbaşa ölkədən döyüş tapşırıqlarını yerinə yetirsə, bu, Rumıniyanın müharibədə faktiki iştirakı demək ola bilər.

O qeyd edib ki, “...Onlar birbaşa ərazimizdən fəaliyyət göstərdikləri anda biz cəlb olunuruq və beynəlxalq hüquq məsələləri ortaya çıxır”.

Eyni zamanda, hərbi rəsmi vurğulayıb ki, istənilən qərar siyasi xarakter daşıyacaq və Rumıniyanın ABŞ qarşısında müttəfiqlik öhdəliklərini nəzərə almalıdır.

İranın zərbələrinin riski...

O, həmçinin xəbərdarlıq edib ki, əgər Rumıniya əməliyyatlarda iştirak edərsə, İran onu potensial hədəf kimi görə bilər.

...Tehran artıq ərazilərindən zərbələr endirilən və ya İrana hücum edən təyyarələrin hava məkanı vasitəsilə uçduğu ölkələrə hücum edə biləcəyini bildirib.

Mateyu deyir bunu...

Onun sözlərinə görə, İran artıq əvvəlki ballistik raket qabiliyyətinə malik deyil, lakin “Şahid” raketlərindən fəal şəkildə istifadə etməyə davam edir. Bundan əlavə, terror hücumları riski istisna edilə bilməz.

ABŞ ilə strateji tərəfdaşlıq...

Potensial risklərə baxmayaraq, Mateyu Rumıniyanın ABŞ ilə strateji tərəfdaşlığının vacibliyini vurğulayıb.

...Bizim strateji tərəfdaşımız var, biz həmişə ABŞ ilə dostluğumuzu, Koghelniceanu bazasının (Rumıniyadakı NATO hava bazası – A.B.) əhəmiyyətini vurğulamışıq və bəli, ehtiyacı olan dost həqiqətən də dostdur.

Bunu da Mateyu bəyan edib.

Əli Babayev

Seçilən
12
1
sia.az

2Mənbələr