AZ

ABŞ İran ərazisində 5500-dən çox hədəfə zərbə endirib – VİDEO

ABŞ hərbçiləri İran ərazisində 5500-dən çox hədəfə zərbə endirib.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper deyib.

O, qeyd edib ki, əməliyyatlar zamanı 60-dan çox gəmi də hədəfə alınıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində süni intellekt texnologiyalarından geniş istifadə edir. Bu sistemlər qısa müddət ərzində böyük həcmdə məlumatları analiz etməyə imkan verir və komandirlərin daha sürətli və dəqiq qərarlar qəbul etməsinə kömək edir.

O bildirib ki, süni intellekt alətləri əvvəllər saatlar və hətta günlər tələb edən məlumat emalı prosesini saniyələr ərzində həyata keçirməyə imkan yaradır. Bu isə hərbi əməliyyatların effektivliyini artırır və qərarların daha operativ qəbul edilməsinə şərait yaradır.

Bununla belə, o vurğulayıb ki, son qərarlar yenə də insanlar tərəfindən verilir. “İnsanlar həmişə nəyə atəş açmaq, nəyə atəş açmamaq və nə vaxt atəş açmaq barədə yekun qərarı verəcəklər. Lakin qabaqcıl süni intellekt alətləri komandirlərə məlumatı daha sürətli analiz etməyə və rəqi reaksiya verməzdən əvvəl qərar qəbul etməyə imkan verir”, – deyə Bred Kuper əlavə edib.

Sara
NOCOMMENT.az

Seçilən
83
nocomment.az

1Mənbələr