AZ

Nəqliyyat eksperti Raqif Raufoğlu: “Zavoddan çıxan bütün avtomobillərin tam təhlükəsiz olduğunu demək doğru olmaz”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtobloger Araz Babayev bildirib ki, “maşınlar durduğu yerdə yanır” ifadəsi düzgün deyil. Heç bir zavod istehsalı avtomobil, qanuni olaraq, durduğu yerdə və ya hərəkət edərkən özbaşına yanmır. Ənənəvi markalarda - BMW, Mercedes və s. elektron sistemlərə müdaxilə olunmasa, belə hallar baş vermir. Yanğın riskləri əsasən keyfiyyətsiz məhsullar quraşdırıldıqda artır. Naşı ustalar tərəfindən fənərlər və s quraşdırılır.

Digər bir problemdən danışaraq o qeyd edib ki, Plug-in hibrid maşınlar klassik hibridlərdən daha çox yanmağa meyillidir. Çünki ucuz və keyfiyyətsiz kabel istifadə etmək böyük risk yaradır. Batareya qızarsa, qısaqapanma və yanğın riski yaranır.

Avtomobillərin yanmasına səbəb olan əsas faktorlar hansılardır və sahiblər bunu necə önləyə bilər?

Nəqliyyat eksperti Raqif Raufoğlu Bizimyol.info xəbər portalına bildirib ki, sürücülər Azərbaycanda bu xəbərləri çox ciddi qarşılamırlar: “Ümumi olaraq doğrudur, amma bu da o demək deyil ki, zavoddan çıxan bütün avtomobillər tam təhlükəsizdir. Məsələn; bu il BMW 100 minlərlə avtomobili geri çağırdı. Bu, 2026-cı ildə baş verən geri çağırmalardır. BMW-nin qeydə aldığı yanğın halları arasında heç bir müdaxilə olmadan baş verənlər də var; məsələn, qeyd olunub ki, kokpitdə kabellər düzgün yerləşdirilməyib.

Volkswagen bu gün elektromobillərdə yüksək gərginlikli batareyalarla bağlı problem səbəbindən geri çağırma elan edib. Ford isə akkumulyatorun birləşmə qutusunda yanğın riski olduğu üçün bəlli seriya avtomobilləri dilerlərə çağırır və təkrar yoxlayır.

Əsasən avtomobilə müdaxilə olunarsa, məsələn, düzgün quraşdırılmamış işıqlar və ya keyfiyyətsiz məhsullar istifadə olunarsa yanğın riski artır. Bazarda “perekitka” adlandırılan, sükanı sağdan sola dəyişdirilmiş avtomobillər də mövcuddur. Bu avtomobillər əsasən Yaponiyadan gətirilir və daha ucuz başa gəlir. Orda sükan sağdadır, bizdə isə o olmaz. Bu işləri Birləşmiş Ərəb Əmirliyində edirlər, sonra o maşınları sol sükanı kimi Azərbaycana gətirilir. Necə keçirilib, o bilinmir. Kütləvi deyil, amma bu avtomobillərdə risk böyükdür. Yəni heç bir avtomobil durduğu yerdə özbaşına yanmır. İstehsalçılar zaman-zaman bu kimi riskləri nəzərə alaraq, dünya üzrə dilerlərə geri çağırmalar barədə xəbərdarlıq edirlər. Amma Azərbaycanda bu xəbərləri çox ciddi qarşılamırlar. Halbuki, ən vacib məsələ budur: istehsalçı özü bildirir ki, artıq problem qeydə alınıb və avtomobil sahibləri dilerlərə yaxınlaşmalıdırlar”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
bizimyol.info

1Mənbələr