AZ

“BakuBus” MMC: “10 mart tarixindən etibarən xətt üzrə sərnişin sıxlığını nəzərə alaraq marşruta əlavə 4 avtobus cəlb olunub”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkədə vətəndaş Elvin Məhərrəmov AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək Badamdar qəsəbəsi-Dərnəgül metrostansiyası istiqamətində hərəkət edən 3 nömrəli avtobus xəttində ciddi interval problemi olduğunu bildirərək narazılığını ifadə edib. Onun sözlərinə görə, bu marşrut üzrə avtobuslar arasında fasilə bəzən 30-40 dəqiqəyə qədər uzanır. Nəticədə dayanacaqlarda sıxlıq yaranır və bir çox sərnişin avtobusa minə bilmir. Vətəndaş qeyd edir ki, məsələ dəfələrlə çağrı mərkəzinə bildirilsə də, problemin həlli ilə bağlı dəyişiklik müşahidə olunmayıb.Sərnişin sıxlığının azaldılması üçün hansı tədbirlər görülür və yaxın zamanda avtobus sayının artırılması planlaşdırılırmı?

Yaranan sualla bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi küçələrdə avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir: ““BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 26 avtobusla təmin edilir. Xətt üzrə hərəkət intervalları 5-6 dəqiqə təşkil edir.

Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Abbasqulu Abbaszadə küç, Hüseyn Cavid pr, Əbdürrəhim bəy Haqverdiyev küç, İnşaatçılar pr, Nərimanov pr, Abbasqulu ağa Bakıxanov küç, Ənvər Qasımzadə küç, Gənclik m/st ətrafı (Fətəli xan Xoyski pr.) Şövkət Məmmədova küç, Süleyman Sani Axundov küç, Fətəli xan Xoyski pr, Nəsib bəy Yusifbəyli küç, Səməd Vurğun küç, Mərdanov Qardaşları küç, Mehdi Hüseyn küçələrdə müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir.

Qeyd edək ki, 10 mart tarixindən etibarən xətt üzrə sərnişin sıxlığını nəzərə alaraq əlavə 4 avtobus marşruta cəlb olunub və ümumi avtobus sayı 26-ya çatdırılıb”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
bizimyol.info

1Mənbələr