
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Allah rəhmət eləsin!”, - deyə nazirliyin feysbuk sosial şəbəkəsində paylaşım edilib.