Pentaqon SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qərargahına endirdiyi zərbələrdən dəyən ziyanı təxminən 200 milyon dollar olaraq qiymətləndirir.
Ölkə.az xəbər verir ki. bu barədə "The New York Times" (NYT) nəşri etibarlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Pentaqon qiymətləndirməni ötən həftə Konqresə təqdim edib. Nəşr həmçinin peyk görüntülərinə istinadən bildirir ki, ABŞ-ın Küveytdəki Əli əs-Salem hava bazasına endirilən zərbələr nəticəsində peyk rabitəsi infrastrukturu ilə əlaqəli ən azı altı bina və ya tikili dağıdılıb və ya zədələnib.
ISNA 28 fevralda SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahına, eləcə də Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirdiyini bildirib. SEPAH martın 1-də endirdiyi zərbələr nəticəsində Küveytdəki ABŞ-ın Əli əl-Salim bazasının tamamilə sıradan çıxarıldığı iddia edilib.
Mürtəza