AZ

Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan istiqamətindəAzərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulanməhdudiyyətlərin aradan qaldırılması qərarına görə AzərbaycanPrezidenti İlham Əliyevə təşəkkür edib.

Trend xəbər verirki, Paşinyan bunu Avropa parlamentində çıxışı zamanı bəyanedib.

“2025-ci ilin noyabr ayında müstəqillik dövründən bəri ilk dəfəolaraq Azərbaycan ərazisindən, eyni zamanda Gürcüstandan keçməkləErmənistan Respublikasına qatar çatıb Bundan əvvəl AzərbaycanPrezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında Ermənistanistiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarınaqoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatıverilmişdi və mən bu qərara görə Azərbaycan Prezidenti İlhamƏliyevə minnətdaram”, – deyə Ermənistanın Baş naziri bildirib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuşErmənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradanqaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstantaxılının Ermənistana tədarükü olduğunu bildirib.

Bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzitkeçməklə 22 min tondan çox taxıl (320 vaqon), eləcə də 610 tongübrə (9 vaqon) göndərilib.

Məqalədə:
Seçilən
56
8
az.trend.az

9Mənbələr