AZ

Deputat: “Avropa Şurasındakı bəzi mərkəzlər Azərbaycanda ictimai fikri manipulyasiya edib, vətəndaşlarımızı özümüzə qarşı qoya bilməyəcək”

“Avropa Şurası hər hansı dövlət üzərində təzyiq qurmaq, yaxud öz istismarçı məqsədlərini müstəqil dövlətə yeritmək istəyən zaman insan hüquqlarının, söz və mətbuat azadlığının pozulduğunu iddia edir və milli hakimiyyət üzərində təzyiq qurur. Hazırda Avropa Şurasında media və söz azadlığı ilə bağlı Azərbaycan bölməsində Azərbaycanın tənqid olunması, xüsusən yeni qəbul etdiyimiz “Media haqqında” qanun üzərində bunun əsaslandırılması deməyə əsas verir ki, Azərbaycan doğru yoldadır, düzgün edib”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

“Avropa Şurasındakı bəzi mərkəzlər media hüququ, söz azadlığı üzərindən Azərbaycanda ictimai fikri manipulyasiya edib, vətəndaşlarımızı özümüzə qarşı qoya bilməyəcək. Buna görə də bizi hədəfə alır. Əslində isə “Media haqqında” qanun həm informasiya cəmiyyətində məsuliyyət yaradır, həm də sözün məsuliyyətini dərk edərək söz və mətbuat azadlığının inkişafını təmin edir. Buna görə də Avropa Şurasının mövqeyi qərəzlidir və onun istismarçı mövqeyi ilə əlaqələndirilməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 11 Mart 2026, 17:12   
Seçilən
43
pravda.az

1Mənbələr