AZ

Ehtiyatsızlıq və dəhşətli SSENARİ: Rusiyada ana körpəsinin ölümünü GİZLƏTMƏK İSTƏDİ

Ulan-Udedə ana ehtiyatsızlıqdan ölən körpəsinin ölümünü saxtalaşdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Ulan-Ude şəhər sakini olan qadın bədbəxt hadisə nəticəsində vəfat edən övladının ölümünü qəza kimi qələmə verməyə çalışıb.

Üç uşaq anası olan şübhəli şəxs martın 9-da günorta saatlarında azyaşlı oğlu ilə birlikdə uzanaraq onu şüşə qabdan süni qida ilə qidalandırmağa başlayıb. Həmin vaxt qadın yuxuya gedib və nəticədə körpə boğularaq həyatını itirib.

İnsidentdən bərk qorxan qadın məsuliyyətdən yayınmaq üçün oğlunun meyitini mətbəxə apararaq yerə qoyub.

O, hadisəni guya məişət qəzası kimi göstərmək məqsədilə elektrik sobasını körpənin cəsədinin üzərinə aşırıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
1
interpress.az

2Mənbələr