AZ

İran XİN ABŞ-nin müharibədəki əsas məqsədini açıqlayıb

İran hesab edir ki, ABŞ ilə yaranmış müharibənin əsas səbəbi regionun enerji resurslarına nəzarət etmək istəyidir.

Far.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "RT" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ regionda enerji resurslarına nəzarəti ələ keçirmək məqsədilə münaqişəni qızışdırıb.

Bəqai vurğulayıb ki, İran bu vəziyyətdə öz xalqını, milli kimliyini və sivilizasiyasını qorumaq üçün cavab tədbirləri görməyə məcbur qalır.

XİN rəsmisi həmçinin iddia edib ki, ABŞ-nin hücumları yalnız hərbi obyektlərə deyil, eyni zamanda mülki infrastruktura da yönəlir:

"Hücumlar nəticəsində məktəblər, xəstəxanalar və tarixi abidələr də zərər görür".

Seçilən
21
far.az

1Mənbələr