AZ

“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları "Azercell"in qonağı oldular (FOTO)

Bakı. Trend:

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qızlara ağyaraşır” sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağabaşlayan gənc qızlar "Azercell"in qonağı oldular. Fəallıqları vənailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular Azercelləməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanınonların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədəfikirlərini bölüşdülər.

Görüş “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyətdepartamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrininvə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiyaşöbəsinin rəhbəri Ülkər Abbasovanın iştirakı ilə baş tutdu.

Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan CüdoFederasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət,dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığınıvurğuladı: “”Qızlara ağ yaraşır” təşəbbüsü də bu əməkdaşlığın mühümhissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunungücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçünimkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçuqızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlarartıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanırvə digər qızlar üçün ilham mənbəyinə çevrilirlər.”

Qeyd edək ki, “Qızlara ağ yaraşır” layihəsi ictimaiyyət arasındaerkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlararasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihəindiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

“Qızlara
“Qızlara
“Qızlara
“Qızlara
“Qızlara
Seçilən
57
11
az.trend.az

10Mənbələr