İran İsrail və ABŞ-yə qarşı əməliyyatlarında taktikasını dəyişdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran komandanlığı bildirib ki, bundan sonra cavab zərbələri siyasəti dayandırılacaq və taktika “zərbə ardınca zərbə” şəklində həyata keçiriləcək.
Komandanlıq açıqlamasında qeyd edib: “Cavab zərbələri siyasəti başa çatıb; bundan sonra yanaşmamız zərbə ardınca zərbə olacaq”.
Aminə ŞAHSUVARQIZI