AZ

"Qarabağ münaqişəsini başlatmaq istəyirdi" - Paşinyan həbs olunan keşişdən danışdı

"Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə Ermənistandakı arxiyepiskoplardan biri nəinki demarkasiyanın aparılmamasını, hətta Qarabağ hərəkatının, yəni münaqişənin faktiki olaraq aktivləşdirilməsini tələb edən hərəkat başlatdı". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib.

"Yüksək vəzifəli ruhanilər və onları dəstəkləyən müxalifət qüvvələri tərəfindən aparılan dezinformasiya kampaniyasına aludə olan on minlərlə vətəndaş küçələrə axışmışdı. Onlar iddia edirdilər ki, Ermənistan hökuməti Ermənistanın suveren ərazilərini və orada yerləşən qədim kilsələri və yaşayış məntəqələrini Azərbaycana güzəştə getməyə hazırlaşır.

Bu problemi xalqla danışaraq həll etdik", - deyə o qeyd edib. 

Qeyd edək ki, Paşinyanın bəhs etdiyi "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən il həbs olunub. 

Ağarza Elçinoğlu 

Seçilən
61
1
unikal.az

10Mənbələr