UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Barselona" ilə 1:1 hesablı heç-heçə edən "Nyukasl Yunayted"in yeganə qoluna matçın 86-cı dəqiqəsində imza atan Harvi Barns oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Sonluğu qəbul etmək ağırdır. Qol vurub möhtəşəm hisslər yaşayırsan... Bu hissi azarkeşlərlə bölüşmək istəyirsən... Axı həqiqətən də yaxşı oynadıq. Sona qədər dominantlıq etdik. Final fitinə yaxın qol buraxmaq üzücüdür. Bizi cavab oyunu gözləyir.
Şübhəsiz, növbəti mərhələyə adlaya bilərik. Bu gün topu özümüzdə çox yaxşı saxladıq. Onları mübarizədən kənarlaşdırmaq çətin missiyadır, amma nəyə qadir olduğumuzu oyunumuzla sübut etdik. Qələbəyə çox yaxın idik. Hesab bərabərdir və 1/4 finala çıxacağımıza çox inanırıq".
Tərəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq.
Toğrul