AZ

Gürcüstanda xüsusi əməliyyat zamanı 51 nəfər həbs olunub

Tbilisi, 11 mart, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkə ərazisində xüsusi əməliyyat keçirib, xeyli sayda qanunsuz silah-sursat və partlayıcı maddə müsadirə edilərək götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, son iki gündə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər nəticəsində 51 nəfər həbs edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
91
1
azertag.az

2Mənbələr