AZ

Meloni: İtaliya Yaxın Şərq böhranına qarışmayacaq

İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsinin Yaxın Şərqdəki böhrana qarışmadığını və bunu etmək niyyətində olmadığını bildirib, eyni zamanda İranın cənubundakı Minab məktəbində qızların qətliamını qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, Meloni 28 fevralda ABŞ və İsrailin İrana hücumundan və İranın cavabından sonra Yaxın Şərqdə davam edən böhran kontekstində və 19-20 mart tarixlərində keçiriləcək Aİ Liderlər Zirvəsindən əvvəl İtaliya hökumətinin beynəlxalq məsələlərdəki mövqeyi ilə bağlı parlamentin yuxarı palatası olan Senatda çıxış edib.

Son illərin ən mürəkkəb böhranlarından biri ilə üzləşdiklərini və buna ciddi yanaşmalı olduqlarını bildirən Meloni, "Beynəlxalq hüquq və çoxtərəfli təşkilatlarda açıq bir böhran və ortaq dünya nizamının çökməsi ilə qarşılaşırıq" dedi.

Meloni iddia edir ki, bu vəziyyət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın 2022-ci ildə Ukraynaya hücum etməsi ilə başlayıb və nəticədə yaranan qeyri-sabitlik Yaxın Şərqə də yayılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
1
turkustan.az

2Mənbələr