AZ

AFFAKurban Berdıyevlə bağlı qərarını dəyişdirdi

BAKI, 11 mart. TELEQRAF

AFFA "Turan Tovuz"un Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü çərçivəsində “Kəpəz”lə oyundan sonra ünvanladığı Apellyasiya şikayətini qismən təmin edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və “Turan Tovuz” komandasının 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilsin və Kurban Berdiyevə 3 oyun oyuna buraxılmama, “Turan Tovuz” komandasına isə 6000 manat cərimə cəzası tətbiq edilsin.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Seçilən
120
teleqraf.com

1Mənbələr