AZ

Aİ-də üsyan: Lyayen postunu itirə bilər

Ursula fon der Leyen Avropa Komissiyasının sədri vəzifəsini itirə bilər. Səbəb onun siyasətindən artan narazılıq, xüsusilə də Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyidir.

Publika.az xəbər verir ki, bu barədə "Politico" Avropa diplomatlarına istinadən yazıb.

Avropa Komissiyası rəhbərinin ünvanına yönələn tənqidlər artıq o həddə çatıb ki, onun vəzifədə qalması sual altına düşüb. Bildirilir ki, çərşənbə günü Avropa Parlamentdə Lyayenə qarşı hətta müttəfiqləri tərəfindən sərt tənqidlər səslənə bilər.

Deputatlar hesab edirlər ki, onun ritorikası və addımları Brüsselin tez-tez istinad etdiyi “qaydalara əsaslanan beynəlxalq nizam” prinsipinə ziddir. Xüsusilə də İsrail, ABŞ və İran arasında gərginliyin artması fonunda Avropa Komissiyası sədrinin mövqeyi ciddi narazılıq yaradıb.

Diplomatların sözlərinə görə, fon der Lyayen münaqişədə həddindən artıq birtərəfli mövqe tutub və bu, Avropa institutları daxilində parçalanmaya səbəb olub. Bir sıra deputatlar hesab edirlər ki, o, tərəflərdən birinin maraqlarını müdafiə edir və bu da ənənəvi olaraq balanslı diplomatiya yürüdən Avropa İttifaqının imicinə zərbə vurur.

Seçilən
37
publika.az

1Mənbələr