AZ

Kim Kardaşyanın sərvəti 2 milyard dollara çatıb

Amerikalı media ulduzu və iş qadını Kim Kardaşyan dünyanın ən varlı  qadınlarından biri hesab olunur. Vətəninfo.az Forbes jurnalına istinadən xəbər verir ki, Kardaşyanın sərvəti təxminən 1,9 milyard dollar qiymətləndirilir və bu onu dünyanın milyarderləri siyahısına daxil edir.

Kardaşyan “Keeping Up With the Kardashians” realiti şousu ilə məşhurlaşsa da, sonradan populyarlığını geniş biznes imperiyasına çevirməyi bacarıb. Onun sərvətinin böyük hissəsi, SKIMS brendinə bağlıdır. Kardaşyanın həmtəsisçisi olduğu bu forma geyimləri brendi təxminən 5 milyard dollar dəyərində qiymətləndirilir.

Seçilən
18
veteninfo.az

1Mənbələr