AZ

Hüquq müdafiəçisi Zamin Zəkiyə hökm oxundu

BAKI, 11 mart. TELEQRAF

Vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirli bilinən hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hökm oxunub.

Hökmə əsasən, Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Zəki bu ilin mart ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Seçilən
102
3
teleqraf.com

4Mənbələr