AZ

Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub - FOTOLAR

Quba "Pətək" restoranında şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, mübarək Ramazan ayı münasibətilə keçirilən bu xeyriyyə tədbirində şəhid ailələri bir araya gələrək iftar süfrəsini birlikdə açıblar. Tədbirin məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə diqqət və qayğı göstərmək olub:

"İftar süfrəsində iştirak edən qonaqlar şəhidlərin ruhuna dualar oxuyub, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqları ehtiramla anıblar. Səmimi və mənəvi atmosferdə keçən tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Təşkilatçılar bildiriblər ki, belə xeyriyyə və sosial yönümlü tədbirlərin keçirilməsi cəmiyyətimizdə həmrəyliyin və milli dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər".

Seçilən
48
qht.az

1Mənbələr