AZ

İran “Cəza Komitəsi” YARATDI

Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, komitə “sosial mediada müharibəni qızışdırmaq və buna çağırış etmək”də ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə fəaliyyət göstərəcək. Qurum “Xəyanət artıq cəzasız qalmayacaq” prinsipi ilə işləyəcək. Məlumatda qeyd olunur ki, son günlər fəaliyyətə başlayan komitə vətəndaşları ölkəyə qarşı “xəyanət” etdiyini düşündükləri şəxslər barədə məlumat verməyə çağırır. İnsanlardan bu cür hallarla bağlı sübut və məlumatları komitəyə təqdim etmələri istənilir.

Toplanan məlumatların daha sonra məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi və ittiham olunan şəxslərin qanun qarşısında cavab verməsinin təmin olunacağı bildirilir. 

Seçilən
84
Ajans.az

1Mənbələr