Bağdadda ABŞ-ın Diplomatik Dəstək Mərkəzinə hücum olub.
“Vaşinqton Post” qəzetinin Dövlət Departamentinin daxili xəbərdarlığına və təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, Bağdad Diplomatik Dəstək Mərkəzi dronlar tərəfindən hədəfə alınıb.
Anonimlik şərti ilə danışan təhlükəsizlik rəsmisi, ABŞ diplomatlarına logistik dəstək verən, Bağdad Hava Limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən müəssisəyə altı dron atıldığını iddia edib. Bunlardan beşi vurulub, biri isə obyektə dəyib.
Tahir TAĞIYEV