AZ

İsrail kəşfiyyatının qərargahı VURULDU

İran ordusu İsrailin Hayfadakı hərbi dəniz bazasında yerləşən "Aman" hərbi kəşfiyyat qərargahına, radioelektron kəşfiyyat bölməsinə, "Green Pine" radar stansiyasına və sualtı qüvvələr qərargahına zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu gün səhərdən etibarən İsrail ərazisindəki bir neçə hədəfə, o cümlədən hərbi kəşfiyyat təşkilatı "Aman"ın 8200-cü bölməsinin ("Aman" daxilində elektron kəşfiyyat bölməsi), "Green Pine" radar stansiyası və Hayfa dəniz bazasındakı sualtı qayıq qərargahının binasına PUA-larla zərbələr endirilib", - deyə xəbərdə bildirilib.

Seçilən
3
1
news365.az

2Mənbələr