AZ

İsrail Somalilənddə baza qurmaq istəyir Bloomberg

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

İsrail 2025-ci ilin sonlarında müstəqil və suveren dövlət kimi tanıdığı Somalilənddə baza yaratmaq imkanını gizli şəkildə araşdırır. 

525.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, İsrail artıq hazırlıq işlərinə başlayıb. Ötən ilin iyun ayında ölkə rəsmilərindən ibarət kiçik bir nümayəndə heyəti Somalilənddə səfərdə olub və bu səfər zamanı onlar Qırmızı dənizin mənsəbində gələcək baza üçün mümkün yer müəyyən etməyə çalışıblar.

Agentliyin məlumatına görə, Təl-Əviv bazanın tikintisində maraqlıdır, çünki öz ərazisindən Yəmənin Ənsar Allah hərəkatına (husilər) qarşı hücumlar başlatmağa ümid edir.

26 dekabr 2025-ci ildə İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin Somaliləndi tanıdığını elan edib. Bu ərazi 1991-ci ildə birtərəfli suverenlik elan etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyəti onu Somalinin bir hissəsi kimi tanıyır.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
525.az

1Mənbələr