Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Vərəm xüsusi bir infeksion xəstəlikdir və onun törədicisi vərəm mikobakteriyasıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
O qeyd edib ki, bu xəstəlik əsasən xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçir:
“Buna görə də vərəmin ən geniş yayılmış forması ağciyər vərəmidir. Yoluxma baş versə belə, xəstəlik dərhal inkişaf etmir və müəyyən mərhələlərdən keçir. Həmçinin, hər yoluxan insan mütləq xəstələnmir. Qeyd etmək lazımdır ki, vərəm yalnız ağciyərlərlə məhdudlaşmır, digər orqanlara da təsir göstərə bilər.
Bəzi hallarda xəstəlik plevra qişasında vərəm mənşəli ekssudativ plevritin yaranmasına, limfa düyünlərinin zədələnməsinə və müxtəlif orqanlarda vərəm prosesinin inkişafına səbəb ola bilər.
Bununla belə, digər formalarla müqayisədə ağciyər vərəmini aşkar etmək daha asandır”.Həkim vurğulayıb ki, vərəm diaqnozu ilk növbədə vərəm mikobakteriyasının aşkar edilməsinə əsaslanır:
“Bunun üçün müvafiq bioloji materialın götürülməsi vacibdir. Ağciyər vərəmində isə ən sadə və geniş istifadə olunan üsul bəlğəmin laborator müayinəsidir. Hazırda Azərbaycanda müasir diaqnostik üsullardan istifadə olunur”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.