AZ

Vərəmə xas olan öskürən neçə müddət davam edir? - Həkimdən AÇIQLAMA

"İndiki dövrdə, qış mövsümü olan halda və COVID-lə bağlı hələ də fikrimizdə müəyyən neqativ yanaşma olduğu bir vaxtda, əlbəttə ki, öskürək insanları narahat edən bir simptomdur və mən bunu dəstəkləyirəm. Əgər öskürək və qızdırma varsa, xəstə dərhal həkimə getməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova dedi.

Həkim bildirdi ki, vərəmə xas olan spesifik öskürək iki-üç həftədən çox davam edən öskürəkdir:

"Qeyd edim ki, adətən ilk növbədə insanlar həkimə getməzdən əvvəl bəlğəmgətirici və ya öskürəkkəsici dərmanlardan istifadə edir. Vərəmə xas olan öskürək belə sadə dərmanlarla keçmir. Mesaj yenə də budur: əgər uzun sürən öskürəyiniz varsa, xüsusilə gecə vaxtları tərləmə olursa, subfebril qızdırma müşahidə olunursa, iştahınızda narahatlıq hiss edirsinizsə, iştahdan qalırsınızsa və çəki itirirsinizsə, dərhal həkimə müraciət edin və düzgün müayinə və müalicə olun".

Nuriyyə NATİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr